"Maraqlı qrupa düşmüşük. Bütün komandalar bir-birindən xal alacaq gücdədi".
Fanat.Az-ın məlumatına görə, bu sözlər Slovakiya yığmasının müdafiəçisi David Hançkoya məxsusdu.
O, yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə qrup mərhələsini dəyərləndirib. "Fiorentina"nın müdafiəçisi püşkün nəticəsindən razı qalıb: "Seçim imkanım olsaydı, yenidən belə bir qrup istəyərdim. Qrupumuzda Xorvatiya kimi dünya səviyyəli komanda var. Ümumiyyətlə, diqqətçəkən məqamlar çoxdu. Burdan final mərhələsinə adlayacağımıza inanıram. Bu, mənim üçün çox qiymətli hədiyyə olar. Ən böyük arzum budu".
Bu ildən yığmaya dəvət alan Hançko millimiz barədə də danışıb: "Slovakiya, Uels və Macarıstanın gücünün bir-birinə yaxın olduğunu düşünmək olar. Ancaq Azərbaycan yığmasını saya salmamaq axmaqlıq olar. Ciddi yanaşmağa borcluyuq. Onlar dəfələrlə güclü komandaları büdrədiblər".
Fanat.Az