UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, A liqasının qrup qaliblərinin qatıldığı "Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və İngiltərə - Hollandiya oyunları baş tutacaq. Yarımfinalın qalibləri final matçında üz-üzə gələcək.
Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında yer aldığı D liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.
Fanat.Az