"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XIII turunda "Qarabağ"a səfərdə 1:5 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 7 yaşlı mütəxəssis əvvəlcə oyun haqda danışıb.
- Belə nəticəsən sonra fikir bidlirmək çətindi. Ancaq görüləsi iş həddən artıq çoxdu. Nəticələrə görə suallar çoxdu. Hər hissənin əvəvlində erkən qollar buraxdıq. 8 dəqiqəyə qapımızda 3 qol gördük. Ola bilməz ki, bir komanda bu qədər uğursuz çıxş etsin. Hələ heç nə itirilməyib. Bəzi futbolçularda fərdi ustalıq səviyyəsi aşağıdı. Yeni futbolçular cəlb olunmalıdı. Hər oyunda müdafiə xəttinin səhvləri nəticəsində buraxdığı qollar məni narahat edir. Zaman yoxdu, görüləsi işlər İSƏ çoxdu.
- "Qarabağ"la açıq futbol oynamağınız nə dərəcədə düzgün idi?
- Açıq futbol planımızda yox idi. İkinci hissədə daha diqqətli, aqressiv olmalı idik. İndi açıq futbol anlayışı yoxdu. 8 dəqiqəqə 3 qol, nədən başa verdi, anlamadım.
- Davud Kərimin çıxışını necə dəyərləndirərdiniz?
- Bu gün nəinki Davidddan, heç kimdən razı qalmadım. O, Kamran Ağayevin yoxluğunda ikinci qapıçımızdı. Kərimi 6-7 aydı oyun praktikası sarıdan korluq çəkir. Üçüncü qapıçımız isə Şahin Zəkiyev gənc, təcrübəsizdi. Məcburiyyətdən Davudu qapıya qoymalı oluruq.
- Kamran Ağayevin vəziyyəti necədi?
- Ümid edirdik ki, bu oyuna çıxacaq. Ancaq hələ hazır deyil. Ola bilər ki, gələn qarşılaşmalara - kuboka və ya son tura hazır olsun. Can ağrısı ondadı, bizdə deyil. (Sport24.az)
Fanat.Az