AFFA İntizam Komitəsi I divizionda çıxış edən MOİK-in futbolçusu Orxan Həsənovu 3 oyunluq cəzalandırıb, klubu 180 manat cərimə edib.
Fanat.Az xəbər verir ki, buna səbəb onun I divizionun XII turunda "Zaqatala" ilə keçirilən səfər oyununda azarkeşləri təhqir etməsi olub.
MOİK-in digər futbolçusu İsmayıl Muradov qarşılaşmanın 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Onun cəzası 1 oyun olub. Klub 20 manat cərimələnib.
"Neftçi-2" ilə oyunda qırmızı vərəqə alan "Keşlə"nin futbolçusu Şirməmməd Məmmədov (sonuncu ümid foulu) və "Sabah-2" ilə qarşılaşmada meydandan qovulan "Ağsu"nun üzvü Elnur Səmədovun (ikinci sarı vərəqədən sonra) da cəzası 1 oyun olub. Hər iki klub 20 manat cərimə edilib.
"Zirə-2", "Keşlə-2", "Kəpəz" və "Qarabağ-2" 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə olunub.
Fanat.Az