"Keşlə” qış fasiləsində 5 futbolçu ilə yolları ayırmağa hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, bu siyahı uzana da bilər.
Bu gün üçün komandadan göndəriləcək oyunçulardan birinin kimliyi bəllidi. Özbəkistanlı hücumçu Bahodir Nasimov müqaviləsinin müddəti başa çatmamış gedəcək. "Keşlə” ilə gələn ilin yayına qədər anlaşan forvardın əvvəlki formasından çox uzaq olması sözləşmənin vaxtından əvvəl pozulmasını şərtləndirəcək.
Fanat.Az