Futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında üç matç reallaşıb.
Öncə Yasamal derbisi baş tutub. "Yasamal” FK çempionatın autsayderi "Yasamal” İSK-nın daşını daş üstdə qoymayıb.
Ardınca diqqətlər turun mərkəzi oyununa yönəlib. Son çempion və hazırkı lider "Araz” "Neftçi” ilə görüşüb. Yarışın potensial lideri olan sonuncular üstünlüyü qorumaq üçün uduzmamalı idi. Lakin daha üstün oyun nümayiş etdirən "Araz" qələbə qazanıb.
Günə digər iddialı – EKOL-un matçı ilə yekun vurulub. Liderlər qrupunda qərarlaşan komanda "Liman”ın qapısından 20 cavabsız top keçirib. Bununla EKOL ikinci pilləyə yüksəlib.
Ümumilikdə isə 3 oyunda qapılara 45 qol vurulub.
Yüksək Liqa
XII tur
5 dekabr
Yasamal FK – Yasamal İSK - 18:4
Sina Jamali, 10:18; Salar Şahnasi, 13:22, 29:18; Saeid Əmini, 13:55; Vladislav Vorobyov, 16:04; Mortuza Cahandost, 16:23, 21:46, 22:22, 22:59, 24:13, 34:47, 37:05; Sadiq Cavid, 18:51, 25:42, 31:09, 33:07, 36:19; Tural Lətifov, 33:34 -Nihad Mahmudov, 18:27; Məhəmməd Eyniyev, 37:08, 39:50; Anar İsayev, 37:52
Bakı İdman Sarayı. Hakimlər:Anar Fərəcov, Elman Musayev, Yusif Hüseynov
Araz – Neftçi İK - 2:1
Elşən İbramxəlilov, 14:30; Nihad İsmayılov, 15:31 - Oruc Baxşəlizadə, 32:05
Bakı İdman Sarayı. Hakimlər:Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov
EKOL – Liman - 20:0
Samir Həmzəyev, 03:13, 10:36; Zaur Fərziyev, 11:41; Əsgər Abasov, 14:35; Faiq Əliyev, 15:32, 20:40, 22:35, 28:30;Radik Əhmədov, 21:53;Sərxan Məstiyev, 23:31; Namiq Məmmədkərimov, 23:43, 31:47, 32:08, 35:36, 33:46, 34:12, 36:15, 37:06, 39:40;Fərid Atakişiyev, 31:03
Bakı İdman Sarayı. Hakimlər:Elçin Səmədli, Rahin Heybətov, Vaqif Musayev
Fanat.Az