AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Slovakiya millisinin hücumçusu Adam Zrelak açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, yerli mətbuata açıqlamasında forvard belə deyib:
"Dünya çempionatında yüksək səviyyədə çıxış edən Xorvatiya ilə qarşılaşacağıq. Uels və Macarıstanla ağır oyunlar keçirəcəyimizə əminəm. Azərbaycan da asan təslim olan komanda deyil. Oyunları alınanda favoritləri əliboş yola salırlar. Qrupumuzda "asan yem” yoxdu. Uğur qazana biləcəyimizə inanıram. Hər matça final oyunu kimi yanaşsaq, hədəfimizə çatarıq".
Fanat.Az