17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının "AVRO-2020"nin, həmçinin U-19-un Avropa çempionatının elit-raundunda keçirəcəyi oyunlara ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Fanat.Az xəbər verir ki, U-17 Yunanıstanda qüvvəsini sınayacaq. Millimiz meydan sahibləri, Almaniya və Qazaxıstanla mübarizə aparacaq. Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək keçiriləcək.
U-19 Çexiyada meydan sahibləri, Norveç və San Marino ilə qarşılaşacaq. Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək təşkil olunacaq.
U-19-un elit-raund oyunlarına isə Rusiya ev sahibliyi edəcək. Millimiz burda meydan sahibləri ilə yanaşı, İrlandiya və Rumıniya ilə qarşılaşacaq. Elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Mayın 19-dək başa çatacaq raundda qrup qalibi olanlar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.
Fanat.Az