İspaniya Sequndasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv "doğma divarlar arası”nda "Reus”la münasibətlərinə aydınlıq gətirib. Futbolçumuzun komandası minimal hesablı yenilgi ilə barışıb - 0:1. İsrafilov start "11-lik”də yer alıb və sonadək oynayıb. O, matçın 73-cü dəqiqəsində "sarı” görüb.
Hazırda 33 xalı olan "Alkorkon” ardıcıl yenilgilər üzündən lider mövqeyini itirərək 2-ci pilləyə düşüb.
Fanat.Az