Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda turnir cədvəlinin autsayderləri - "Rəvan"la "Sumqayıt" qarşılaşıb. "Bayıl Arena"da baş tutan oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 15-ci dəqiqədə meydan sahiblərindən Ceyhun Cavadov açıb. 45-ci dəqiqədə isə Pərdis Fərcad-Azad tarazlığı bərpa edib.
Qeyd edək ki, turun iki oyunu sabah, ikisi bazar günü keçiriləcək.
Premyer Liqa
2013/14 mövsümü
XIII tur
8 noyabr
Rəvan - Sumqayıt 1:1
Qollar: Ceyhun Cavadov, 15 - Pərdis Fərcad-Azad, 45.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (19. Hüseyn Axundov, 65), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç (8. Frederik Holster, 87), 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (9. Elnur Abdulov, 63), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 33. Sahib Savankulov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad (91. Vüqar Əsgərov, 71), 9. Orxan Əliyev, 10. Ruslan Qurbanov (27. Nurlan Novruzov, 71), 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Aqşin Muxtaroğlu, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Mişel Balokoq, 57 (qeyri-idman hərəkəti). Cəmşid Məhərrəmov, 90+1 (qeyri-idman hərəkəti) - Pərdis Fərcad-Azad, 26 (qeyri-idman hərəkəti). Vurğun Hüseynov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bayıl Arena". 500 tamaşaçı.
1 | Qarabağ | 12 | 8 | 3 | 1 | 24-7 | 27 |
2 | Neftçi | 12 | 7 | 4 | 1 | 18-8 | 25 |
3 | Qəbələ | 12 | 7 | 1 | 4 | 20-13 | 22 |
4 | Bakı | 12 | 5 | 3 | 4 | 21-14 | 18 |
5 | İnter | 12 | 5 | 1 | 6 | 21-18 | 16 |
6 | AZAL | 12 | 4 | 4 | 4 | 11-15 | 16 |
7 | Simurq | 12 | 3 | 5 | 4 | 11-12 | 14 |
8 | Xəzər L | 12 | 3 | 4 | 5 | 10-17 | 13 |
9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8-25 | 8 |
10 | Sumqayıt | 13 | 1 | 4 | 8 | 6-21 | 7 |
Bombardirlər: Əfran İsmayılov (Bakı) - 6. Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Tsxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ) - 5. Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 4.
Fanat.az