Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı sual doğururdu.
Milli komandanın keçmiş mətbuat katibi Elman Himayətoğlu istefa verdiyini açıqlayıb. O bunun səbəbinin Qurbanovun gedişi ilə bağlı olmasını təsdiqləyib:
"Artıq mən də millidə yoxam. Səbəbi isə məni ora Qurban Qurbanov gətirmişdi, o da gedəndən sonra mən də getməli oldum. Bir müddət istirahət etməyi düşünürəm”.
Qeyd edək ki, Elman Himayətoğlu əvvəllər "Zirə” klubunda eyni vəzifəni daşımışdı. (Unikal.org)
Fanat.Az