Qurban Qurbanovun gedişindən sonra milli komandada dəyişikliklər davam edir.
Fanat.Az xəbər verir ki, bu dəfə yığmanın mətbuat xidmətinin fəaliyyətinə son qoyulub.
Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla "Azərbaycan radiosu"na açıqlamasında məlumat verib.
Federasiya rəsmisi bildirib ki, bundan sonra milli komandanın mətbuat xidməti olmayacaq. Əvvəllər olduğu kimi, yığmada bu işi AFFA-nın mətbuat xidməti yerinə yetirəcək.
Qeyd edək ki, milli komandada mətbuat xidmətinin yaradılması Qurban Qurbanovun istəyi ilə olmuşdu. Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu idi. O, əvvəllər "Zirə” klubunda eyni vəzifəni daşıyırdı.
Fanat.Az