Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən ispan yarımmüdafiəçi Andres İnyesta "Barselona"nın bazasına baş çəkib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçunu Kataloniya təmsilçisinin üzvləri isti qarşılayıblar.
Qeyd edək ki, İnyesta 2006-2018-ci illərdə "Barselona"da çıxış edib. O, bu ilin mayında "Vissel Kobe" klubuna transfer olunub və qeyri-rəsmi məlumatlara görə, 90 milyon avro qazanc əldə edib.
Fanat.Az