"Qrupun aşkar favoriti Fransadı. Onlara qarşı oyunlar yəqin ki, həmişəki kimi baxımlı, maraqlı mübarizə şəraitində keçəcək".
Fanat.Az-ın məlumatına görə, bunu İsveçrənin U-21 yığmasının 42 yaşlı çalışdırıcısı Mauro Lustrinelli deyib.
Yerli mətbuata danışan mütəxəssis AÇ-2021-in seçmə qrup mərhələsinin püşkatmasının nəticələri haqda fikirlərini dilə gətirib: "Slovakiya ilə matçlar həyəcanlı alınacaq. Qonşu komanda Lixtenşteynlə derbi isə bizim üçün hər zaman xüsusi olub. Bundan başqa, bizi son vaxtlar yüksəlişdə olan Azərbaycan və Gürcüstanla da maraqlı görüşlər gözləyir. Məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdı. Eləcə də bir çox komandanın bunu hədəflədiyini bilirəm. Bu, çox çətin tapşırıqdı, amma mümkünsüz də deyil".
Qeyd edək ki, seçmə mərhələnin II qrupunda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteyn yer alıb.
Fanat.Az