Avropa Liqasının qrup mərhələsində son turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" "Renn"in qonağı olub. Bu turadək 8 xal toplayan və fransızları 2 xal qabaqlayan Qazaxıstan klubuna qrupdan çıxmaq üçün 1 xal da bəs edirdi. Amma "Astana" bu vəzifənin öhdəsindən gələ bilməyib və 0:2 hesabı ilə uduzaraq 3-cü pilləni tutub.
Riçard Almeyda start heyətində yer alıb. Millimizin üzvü 46-cı dəqiqədə Abzal Beysebekov tərəfindən əvəzlənib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol