"Sabah” klubunun qış fasiləsindəki hazırlıq planı dəqiqləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalyanın Lara bölgəsindəki "Titanik” otelində məskunlaşacaq komanda, burada olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Elşad Əhmədovun rəhbərlik etdiyi kollektivin qarşılaşacağı komandalar hələlik bəlli deyil.
Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasında 17 xalla 4-cü yerdədir.
Fanat.Az