Moskva "Spartak"ının yayda "Rostov"a satdığı Ayaz Quliyevi geri qaytarmaq istədiyini xəbər vermişdik.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bu transferi qış fasiləsində həll etmək istəyir. Yerli medianın məlumatına görə, "Rostov" 500 min avroya (hazırkı məzənnə ilə 961 min 500 manat) aldığı 22 yaşlı yarımmüdafiəçi üçün "Spartak"dan 850 min avro (1 milyon 634 min 550 manat) tələb edir.
Qeyd edək ki, "Rostov"un heyətində 15 rəsmi oyuna çıxan Ayaz Quliyev 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Fanat.Az