Ayda 16 min avro maaş alan Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Stuxlik özündən əvvəlkilərdən 3 dəfə çox məvacib alır.
Fanat.Az-ın məlumatına görə, yenidənqurmadan öncə vəziyyət fərqli olub. Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov 685 AZN rəsmi əməkhaqqı fonunda ayda 3 min dollar "paket” alıb. Hakim - İnspektorlar Komitəsinə rəhbərlik edən Gülağa Cabbrov isə hər ay 575 AZN məvacibə qol çəkərək 2 min 500 dollar qazanıb. Məlum devalvasiyadan sonra Cabbarovun "paket”i 2 min dollara endirilib.
Bu isə o deməkdir ki, avstriyalı özündən əvvəlkilərin ikisindən 3 dəfə çox qazanır.
Fanat.Az