"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə xaricində işləmək barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis hazırda karyerasını Azərbaycanda davam etdirməyi üstün tutduğunu söyləyib:
"Təxminən 3-4 il əvvəl mənə bu sual verilmişdi. Səhv etmirəmsə, belə bir fikir bildirmişdim ki, azərbaycanlı kimi ölkə futboluna xidmət etməyi daha çox istəyirəm. Bu gün buna həqiqətən böyük ehtiyac var ki, futbolumuzda yerli məşqçilər olsun və futbolçularımızla mütənasib əlaqədə olsun. Onların təkcə futbol oynamalarını yox, zehni düşüncələrini daha da yaxşılaşdırmağa kömək etsinlər.
Avropa klublarından ciddi bir təklifim yoxdu, olmayıb da. Açığı, bu barədə düşünmürəm. Hər şeyə real baxmaq lazımdı. Hazırda desəm ki, "Qarabağ”ı atıb, xaricdə işləmək istəyirəm, düzgün olmaz. "Qarabağ” adına hörmətsizlik etmək istəmirəm. Hazırda bütün fikrim "Qarabağ”dadı. 10-ci ildi bu klubda işləyirəm. Hər zaman sadiq olmağa çalışmışam. Hər hansı bir fikir-düşüncə olsa, ayrılanda belə, bu formada getmək istəyirəm. Daha yaxşı təklif var deyə burdan ayrılmaq kimi bir fikrə düşmək haqsızlıq olardı".
Fanat.Az