Bu gün "Qarabağ" 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 2013-2016-cı illərdə "Qarabağ”da 87 oyunda 43 qolla yadda qalan Reynaldo Silva yenidən kluba qayıdıb. Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan 29 yaşlı futbolçunun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bu ay başa çatmışdı.
Fanat.Az