Moskva "Spartak"ı Ayaz Quliyevin transferini reallaşdırmaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Həmkarlarımız iddia edib ki, Moskva klubu 22 yaşlı futbolçu üçün 1 milyon avro (təxminən 1 milyon 929 min manat) ödəməyə hazırdı.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 14 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu "Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz "Spartak”dan "Rostov”a 500 min avroya (təxminən 964 min manat) keçib.
Fanat.Az