Müqavilə ilə PSJ-yə məxsus olan və ötən mövsüm icarə əsasında "Stko Siti"də çıxış edən Jese Rodriges qalmaqallı hərəkəti ilə gndəmə gəlib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı ispan forvard ayrıldığı sevgilisi Aurah Ruizi verilişdən uzaqlşdırmaq üçün 5 min avro (9674 manat) xərcləyib.
İspaniya telekanallarından birində evlilik proqramının aparıcısı olan Aurah Ruiz bir müddət əvvəl futbolçudan ayrılıb. Bundan sonra isə o, "Big Brother" adlı televiziya şousuna qatılıb.
İspaniyada yayımlanan "Cazamariposas" adlı maqazin proqramının iddiasına görə, Rodriges keçmiş sevgilisinin "Big Brother"dəki səsvermə zamanı uduzması üçün telefonundan 5 min avroluq səs göndərib. 25 yaşlı futbolçu istəyinə çatıb və Ruiz uduzaraq proqramı tərk edib.
Fanat.Az