"Sabah” qış fasiləsində ilk transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Rəşad Eyubov bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq.
26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Rəşad yeni komandasında 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, karyerası ərzində "Simurq”, "Kəpəz”, "Qəbələ”, "Sumqayıt”da oynamış Eyubovun son komandası "Neftçi” olub.
Fanat.Az