Azərbaycan klublarına 2018/19 mövsümünün qış transfer dövründə futbolçu transferlərini həyata keçirmək üçün verilən müddət başa çatıb.
Fanat.Az xəbər verir ki, yanvarın 12-də açıq elan edilən "transfer pəncərəsi” fevralın 8-də saat 24.00-da bağlanıb. Klublar bundan sonra yalnız azad agent statusu daşıyan oyunçuları heyətlərinə qata biləcəklər.
Fanat.Az bütün transferləri təqdim edir.
Neftçi
Gələnlər: Mamadu Mbodj (Jalgiris, Litva), Mamadu Kane (Kalum, Qvineya), Aqil Məmmədov (Qəbələ), Turan Vəlizadə (Qarabağ), Vangelis Platellas (OFİ, Yunanıstan), Canluka Sansone (Novara, İtaliya).
Gedənlər: Rəşad Eyubov (Sabah), Rəşad Əzizli (Sumqayıt), Kvame Karikari (Əl Oruba, BƏƏ, icarəyə), Dario Federiko (Daequ, Cənubi Koreya), Slavko Braliç (AEL, Yunanıstan).
Qarabağ
Gələnlər: Reynaldo Silva (Aktobe, Qazaxıstan), Hacıağa Hacılı (Qəbələ), Riçard Almeyda (Astana, Qazaxıstan, icarə).
Gedənlər: Turan Vəlizadə (Neftçi), Coşqun Diniyev (Sabah).
Səbail
Gələnlər: Elvin Yunuszadə (Sabah), Oke Akpoveta (Eskilstuna, İsveç), Aleksandr Rıbka (Afyonspor, Türkiyə).
Gedənlər: Emil Balayev (Tobol, Qazaxıstan), Edqar Paçeko.
Sabah
Gələnlər: Rəşad Eyubov (Neftçi), Təmkin Xəlilzadə (Qəbələ), Coşqun Diniyev (Qarabağ), Əmirhüseyn Nəcəfi (Səbail).
Gedənlər: Aydın Bayramov (Sumqayıt), Elvin Yunuszadə (Səbail), Tural Qürbətov (Şüvəlan), Vitali Kvaşuk (Qomel, Belarus), Əlibəy Məmmədli (Neftçi-2), Elvin Bədəlov, Ülvi İbazadə (Neftçi-2).
Qəbələ
Gələnlər: Anar Nəzirov (Zirə), David Volkovi (Saburtalo, Gürcüstan).
Gedənlər: Təmkin Xəlilzadə (Sabah), Aqil Məmmədov (Neftçi), Hacıağa Hacılı (Qarabağ).
Sumqayıt
Gələnlər: Rəşad Əzizli (Neftçi), Adil Nağıyev (Zirə), Aydın Bayramov (Sabah), Peyman Babayi (Maşınsazi, İran, icarə), Peyman Keşavarz (Yasan Al-Vaste. Oman), Əmir Ağayev (Hapoel, Təl-Əviv, İsrail).
Gedənlər: Orxan Sadıqlı (Keşlə, icarə müddəti bitib), Bəxtiyar Həsənalızadə (Zirə), Orxan Əliyev.
Keşlə
Gələnlər: Orxan Sadıqlı (Sumqayıt, icarədən qayıdıb), Vüsal İsgəndərli
("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Emin
Mehtiyev ("Qaradağ Lökbatan"), Valeri Kutsenko (Speranta, Moldova), Luis Anxelo Pena (Mineros, Venesuela).
Gedənlər: Orxan Sadıqlı (Zirə), Məmməd Quliyev (Şüvəlan), Diallo Quidileye (Elazığspor, Türkiyə), Georgios Georgiadis (Elazığspor, Türkiyə), Ebrima Sohna, Bahodir Nəsimov, Herve Tçami, Elnur Cəfərov.
Zirə
Gələnlər: Bəxtiyar Həsənalızadə (Sumqayıt), Orxan Sadıqlı (Keşlə), Mfo Kqasvane (Baroka, CAR), İsmail Fofana (Voyvodina, Serbiya), Xulio Sezar Rodriqez Ximenes (Deportivo Kapiata, Paraqvay), Robin Nqalande ("Baroka", CAR).
Gedənlər: Adil Nağıyev (Sumqayıt), Anar Nəzirov (Qəbələ), Vüsal İsgəndərli (Keşlə).
Fanat.Az