"Astana"nın və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda "Qarabağ"a qayıdacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu sports.kz saytına açıqlamasında bu barədə heç nə bilmədiyini deyib.
"Bu barədə heç nə bilmirəm. Mənim "Astana"ilə müqaviləm davam edir. Mövsüm başa çatdığı üçün hazırda Braziliyada dincəlirəm" deyə 29 yaşlı yarımmüdafiəçi bildirib.
Fanat.Az