"Keşlə" heyətində təmizləmə işlərinə başlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandadan ayrılan ilk oyunçuların adları açıqlanıb.
Paytaxt təmsilçisi 4 əcnəbisi ilə vidalaşdığını rəsmən bəyan edib. Bunlar Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis və Herve Tçamidi. İlk 3 oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Tçaminin isə sözləşmə müddəti başa çatıb və rəhbərlik onunla yeni müqaviləyə ehtiyac duymayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol