Moskva "Spartak"ı qış
fasiləsində 6 futbolçusunu yola salmağı planlaşdırır.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun göndərmək istədiyi oyunçular arasında
Aleksandr Səmədov da var. Azərbaycan əsilli yarımmüdafiəçinin durumu baş məşqçi Oleq Kononovun qane etmir.
"Spartak"ın yetirməsi olan Səmədov
müxtəlif illərdə Moskvanın "Lokomotiv", "Dinamo" kimi
klublarının formasını geyinib. Rusiya millisində 53 oyun keçirən Saşa 7 qol vurub. 34 yaşlı futbolçu DÇ-2018-dən sonra milli karyerasına son qoyub.
Fanat.Az