Almaniya II Bundesliqasında XVIII turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge” də növbəti dueldə nəyə qadir olduğunu göstərməyə çalışıb.
Aue təmsilçisi "Yunion Berlin”i qəbul edib. Tesroet het-trik edərək meydan sahiblərinə 3:0 hesablı qələbə qazandırıb. Nazarov komandasının zəfərinə ehtiyat oyunçular skamyasından baxıb.
18 oyuna 22 xal yığan "Erzgebirge” turnir cədvəlində 12-cidi.
Fanat.Az