Adil Nağıyev "Zirə"dən ayrılıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını digər Premyer Liqa klubunda - "Sumqayıt"da davam etdirəcək. O, yeni klubu ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Adil bu mövsüm Premyer Liqada 13, Azərbaycan Kubokunda 1 oyun keçirib.
Fanat.Az