16:28 24.12.2018 1233

Qarabağın Azərbaycanlı İcması Xankəndində turnirin keçirilməsinə etiraz etdi

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına (ConIFA) etiraz məktubu göndərib.

Fanat.Az xəbər verir ki, buna səbəb FIFA və qitə futbol qurumları tərəfindən tanınmayan qondarma respublikaların etnik yığmalarını özündə birləşdirən ConIFA-nın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2019-cu il Avrokpa Kuboku turniri keçirmək istəyidir.

Qurumun prezidenti Per-Anders Blində ünvanlanan məktubda yarışın təşkili ilə əlaqədar ConIFA-nın rəsmi saytında yerləşdirilən məlumatın dərin narahatlıq doğurduğu vurğulanıb: "Ermənistanın hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin – Dağlıq Qarabağ və 7 rayonun işğalı ilə nəticələnib. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş rayonlarda azərbaycanlıların kütləvi şəkildə etnik təmizlənməsini həyata keçirib. Etnik təmizləmə siyasəti 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib. Hazırda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 80 mindən çox üzvü 30 ildən çoxdur Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. ConIFA-nın təşkil etdiyi bu turnir beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilat və dünya ictimaiyyətinin rəsmi mövqeyinə ziddir. ConIFA-nın bu təxribatçı aktı təkcə regionda sülh və sabitliyi təhlükə altına qoymur, həm də sülh prosesini və tərəflər arasında aparılan danışıqları pozur”.

Məktubda işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən "Qarabağ” futbol klubunun olduğu xatırladılıb: "Hazırda bu klub erməni qoşunları tərəfindən tamamilə məhv edilmiş və işğalı altında olan Ağdam şəhərindən uzaqda - Bakıda məskunlaşıb. Təmsil etdiyi şəhərdən kənarda oynamasına baxmayaraq, "Qarabağ” UEFA Çempion Liqasının qrup mərhələsində iştirak edərək, dünya səviyyəsinə qalxıb. ConIFA-nın bu seçiminin UEFA-nın qaydalarına tamamilə zidd, Avropa, eləcə də dünya idman ictimaiyyətinə hörmətsizlik olduğunu görürük. Sizi planlaşdırdığınız yarışın yersiz və zərərli olduğunu etiraf etməyə, onu dərhal təxirə salmağa çağırıram. Bu təxribatçı hərəkət Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimə açıqlıq gətirir, Ermənistanın hərbi işğalı nəticəsində dağıdılmış bölgədə separatizm və irredentizm təşviq edir. Bu turniri müharibə bölgəsində təşkil etməklə, qurumun prezidenti olaraq, turnirin iştirakçıları, xarici jurnalistlər və digər media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə, onların həyatı üçün məsuliyyət daşıyırsınız”.

Qeyd edək ki, ConIFA 12 komandanın iştirak edəcəyi turniri 2019-cu ilin iyununda Xankəndində keçirməyi planlaşdırır.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2025
17:24

İngiltərə nəhəngi milli üzvünü bu qiymətə alır

17:06

Bellingem "Borussiya" ilə müqavilə bağladı - RƏSMİ

16:48

"İndi yalnız əsəb və ağrı hiss edirəm" - Robert Levandovski

16:30

Skaloni Argentina millisinin Messidən asılılığından danışdı: "Bu, əladır"

16:12

Deku braziliyalı hücumçunun "Barsa"ya transferini niyə səhv addım saydığını açıqladı

15:54

Modriç mütləq rekordçuya çevrildi

15:36

Lukaku milli komandaların ən yaxşı bombardirlərinin siyahısında 5-ci pilləyə yüksəldi

15:18

"Yuventus"u çalışdıracaq məşqçinin adına aydınlıq gəldi - İdman direktoru açıqladı

15:00

Sabiq cangüdəni Ronaldunun ona nə qədər maaş verdiyini açıqladı

14:42

Elçin Məsiyev Avropa çempionatına təyinat aldı

14:24

"Səbail"də 40 min avroluq müəmma - AÇIQLAMA

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:58

Ranyerinin İtaliya millisindən aldığı təklifə cavabı nə olub? - Özü açıqladı

13:40

"Kəpəz"i tərk edənlərdən ikisinin kimliyi dəqiqləşdi - SON DURUM

13:22

"Arsenal"ın ukraynalısını iki İtaliya klubu istəyir

13:04

"Turan Tovuz" 9 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

12:46

U-17 və U-19-un rəqibləri müəyyənləşdi

12:28

"Tottenhem"in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

12:09

Azərbaycan boksçuları Niderlandda üç medal qazandılar

11:51

U-17 Gürcüstan yığması ilə qarşılaşacaq

11:19

"İtaliya millisində vəziyyəti dəyişə bilmədim" - Spalletti istefasından danışdı

11:02

Ukraynalı futbol hakimi həlak oldu

10:43

Fransa millisinin sabiq futbolçusu komandasız qaldı

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

Pirallahıda keçirilən “IronWind”də qaliblər bəlli oldu

09:45

DÇ-2026: Bu gün daha 6 oyun keçiriləcək - YENİLƏNİR

09:23

Azərbaycan millisi Macarıstana qarşı - YENİLƏNİR

09:00

İngiltərə nəhəngi əlcəzairli futbolçu ilə gücləndiyini açıqladı

02:13

"Əl-Hilal" Osimhenin transferindən vaz keçdi - SƏBƏB

00:56

DÇ-2026: İtaliyadan inamlı qələbə, Xorvatiya Çexiyaya divan tutdu

00:09

İbrahimli Avropa çempionatının finalında

09 İyun 2025
23:50

Vinisius Junior 30 milyon avro ucuzlaşdı, Mbappe isə...

23:24

Bolqarıstan nəhəngi məşqçisiz qaldı

22:51

Super Liqa klubu almana tapşırıldı

22:46

"Napoli"nin futbolçusu La Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

22:20

"Azərbaycan bizimlə oyunda qələbə qazanmaq istəyir" - Marko Rossi

21:56

"Şamaxı"da növbəti ayrılıq

21:18

Azərbaycan birinciliyinə yekun vuruldu

20:55

"Çelsi" 4 futbolçu ilə yolları ayırdığını açıqladı - ADLAR

20:12

"İnter"in yeni baş məşqçisi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X