Qapıçı Orxan Sadıqlı ilə yolları ayıran "Sumqayıt” ona əvəzləyici tapıb.
Fanat.Az-ın məlumatına görə, "Zirə”nin qolkiperi Kamal Bayramovu klubundan "qopara bilməyən” "kimyaçılar” gözünü "Neftçi”yə lazım olmayan əlcək sahibinə dikib.
Belə ki, Roberto Bordinin güvənmədiyi Rəşad Əzizlinin yanvarda "Sumqayıt”a götürülməsi planlaşdırılır. Əzizli Bakı təmsilçisi ilə rəsmən vidalaşmasa da, onun yaxın günlərdə rəhbərlikdən "get, özünə başqa iş yeri tap” mesajı alacağı gözləniləndi.
Fanat.Az