İspaniya Sequndasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon” da növbəti matçına çıxıb.
Eddinin komandası "Numansiya”nı qəbul edib və 1:1 hesablı bərabərliyə razılaşıb.
Son vaxtlar millimizə çağırılmayan İsrafilov start "11-lik”də meydana çıxıb və sonadək oynayıb.
34 xal yığan "Alkorkon” 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Fanat.Az