Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Əskişəhərspor” ilə qarşılaşıb. Bolu təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Ufuk start "11-lik"də yer alıb və sonadək tər töküb.
28 xalı olan "Boluspor” turnir cədvəlində 18 iştirakçı arasında 7-cidi.
Fanat.Az