"Sumqayıt” dövrələrarası fasilədə ilk transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq "Neftçi"də çıxış etmiş Rəşad Əzizlini heyətinə qatıb. 24 yaşlı qapıçı komandamızla 1,5 illik müqavilə imzalayıb. Əzizli komandamızda 12 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Rəşad Əzizli futbolçu karyerası ərzində "Neftçi”dən başqa (17 oyun), "Simurq”, "Rəvan” (16 oyun) və AZAL-ın (2 oyun) uğurları üçün çalışıb. 1994-cü il təvəllüdlü qapıçı 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.
Fanat.Az