"Qəbələ” yanvarda sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar” 2011-2016-cı illər aralığında formasını geyinmiş Luis Paulo Hilarionu (Dodo) baxışa çağırıb. 31 yaşlı braziliyalı ölkə təmsilçisinin Antalyadakı hazırlığına qoşulacaq. Son vaxtlar futbolsuz qalan yarımmüdafiəçinin hazırkı forması Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunu qane etsə,onunla 1 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, Dodo 2017-ci ildə Yunanıstan AEL-indən ayrılandan sonra işsizdi. O, futbolçu karyerası ərzində ən çox "Qəbələ”də oynayıb və bölgə komandasının vazkeçilməz oyunçularından olub.
Fanat.Az