Xorvatiyanın Split şəhərində ölkənin tanınmış futbolçuları arasında futzal turniri keçirilib.
Fanat.Az xəbər verir ki, turnir Dino Petrinoviçin xatirəsinə həsr olunub.
17-ci dəfə keçirilən yarışda 4 komanda iştirak edib. Onların arasında "Qarabağ”ın futbolçusu Filip Ozobiç də olub. 27 yaşlı yarımmüdafiəçi "Kauri” komandasının heyətində yer alıb.
Ozobiçin komandası yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi "Tropik”ə 7:2 hesabı ilə qalib gəlib. Finalda isə Daliç "Tennis”in "sükanı arxası”nda olan Robert Yarniyə qoşulub və komandaya 3 məşqçi rəhbərlik edib. Ozobiçin komandası finalda 5:2 hesabı ilə qalib gələrək çempionu olub.
Fanat.Az