Yanvarın 7-də təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq "Qarabağ"ın yoxlama görüşündə üz-üzə gələcəyi daha bir rəqib bəlli olub.
Fanat.Az xəbər verir ki, ağdamlılar Rumıniya komandası ilə gücünü sınayacaq.
Azərbaycan çempionu "Botoşani" ilə üz-üzə gələcək. Yanvarın 12-nə planlaşdırılan matç tərəflərin toplanış çərçivəsində ilk hazırlıq qarşılaşması olacaq. Görüş yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.
Qeyd edək ki, Antalyada 3 həftəlik toplanış keçəcək "Qarabağ" yanvarın 23-də "Pyast"la (Polşa) münasibətlərinə aydınlıq gətirəcək.
Fanat.Az