"Qarabağ”ın da təklif göndərdiyi Yevgeni Xaçeridi hazırda Ukraynadadı.
Fanat.Az-ın məlumatına görə, sözügedən ölkənin bir neçə saytı atası yunan, anası ukraynalı olan futbolçunun Kiyev "Dinamo”su ilə danışıq apardığını yazıb.
Arxa xətt oyunçusu ağdamlılarla yanaşı, Macarıstan və Rumıniya təmsilçilərinin də diqqət mərkəzinə düşüb.
Xaçeridi yayda məhz "Dinamo”dan PAOK-a azad agent qismində keçib. Lakin əsas heyətdə möhkəmlənməyi bacarmayıb. O, 2009-cu ildən dəvət aldığı Ukrayna millisində 50-dən çox oyun keçirib, 3 qol vurub.
Fanat.Az