Məşhur müğənni Bebe Reksa onu narahat edən futbolçunun mesajlarını yayımlayıb.
Fanat.Az xəbər verir ki, sənətçi adını açıqlamadığı futbolçunun evli və 3 uşaq atası olduğunu bildirib.
Onun mesajlarını "Instagram" hesabından paylaşan müğənni "Futbol oyna, uşaqların üçün nümunə olu, məni rahat burax. Mənə mesaj yazma" deyə tələb edib.
Bebe izləyicilərinə bu qədər ağır danışdığı üçün məyus olduğunu, amma evli bir adamın ona mesaj yazmasını qəbul etmədiyini bildirib.