"Real" və "Milan"ın sabiq ulduzu Kaka illər əvvəl verdiyi açıqlamaya görə peşman olub.
Fanat.Az xəbər verir ki, 2007-ci ildə "Ballon d'Or" mükafatını qazanan veteran futbolçu vətəni Braziliyada qatıldığı bir proqramda evlənənə qədər bəkarətini qoruması ilə bağlı açıqlamalarına görə peşman olduğunu bildirib.
2005-ci ildə Karoline Keliso ilə evlənən Kaka açıqlamasında "İndi çox fərqli davranardım. Sosial mediada çoz insanla danışırıq. Dolayısıyla bəzi məsələlər məhrəm qalmalıdı. Evlənmə formama görə peşman deyiləm. Amma bu sirrlərimi özüm üçün saxlamalı idim. Bu gün olsaydı, zarafat mövzusu olmamaq üçün bəkarətimi qorumaq haqqında danışmazdım".
Qeyd edək ki, Kaka illər əvvəl verdiyi açıqlamada bu sözləri demişdi: "Evlənənə qədər bakir idim və təmizliyimi qorumuşdum. Həyat yoldaşımla ilk gecəmiz çox gözəl idi. İkimiz də namusumuzu sonuna qədər qoruduq".
Kaka və Keliso 2005-ci ildə Məsih kilsəsində evlənib. Həmin vaxt futbolçunun 23, xanımının 19 yaşı olub. Onların 2008-ci ildə Luka Keliso Leyte adlı oğlu, 2013-cü ildə İzabella adlı qızları dünyaya gəlib. Onlar 2015-ci ildə sürpriz şəkildə boşanıb.
Fanat.Az