"Yuventus”un hücumçusu Kriştiano Ronaldo milli karyerası ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz 2019-cu ildə yığmanın heyətinə qayıdacağını açıqlayıb.
33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, Ronaldu bu mövsüm 24 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az