"Qəbələ" ilə yollarını ayıran Aqil Məmmədovun karyerasını "Neftçi"də davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə matç.az saytına açıqlamasında 29 yaşlı qolkiper özü məlumat verib.
O bildirib ki, köhnə-yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq. Hazırda istirahətdə olan Məmmədov paytaxt təmsilçisi ilə münasibətləri yanvarın 6-da rəsmiləşdirəcək: "İndi dincəlirəm. Çox güman ki, ayın 6-da müqavilə bağlayacam. Ertəsi gündən isə komanda ilə məşqlərə başlayacam".
Yeri gəlmişkən, Aqilin "ağ-qaralar"la yarım illik anlaçacağı da bəllidi.
Qeyd edək ki, Məmmədov
"Qəbələ"yə ötən ilin yayında AZAL-dan keçib. O, 2015-16 və 2017-ci
illərdə "Neftçi"də oynayıb.
Fanat.Az