Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubunun yoxlama oyunu keçirəcyi rəqiblər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yanvarın 22-də Türkiyədə təlim-məşq toplanışına başlayacaq komanda 5 sınaq matçında qüvvəsini sınayacaq. Rəqiblərdən biri Ermənistanın "Pünik" klubu olacaq. Bu oyun fevralın 1-də baş tutacaq.
"Aleksandriya" həmçinin "Botev" (Bolqarıstan), "Arka" (Polşa), "Çerno More" (Bolqarıstan) və "Vardar"la (Makedoniya) qarşılaşacaq.
Fanat.Az