"Keşlə"nin Antalya toplanışı çərçivəsində rəqiblərindən biri dəyişib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi "Okjetpes"lə yanvarın 17-nə nəzərdə tutulan qarşılaşma baş tutmayacaq. Buna rəqibin məşqçilər heyətindəki dəyişiklik səbəb olub. Bununla belə, bakılılar yanvarın 18-də Özbəkistanın U-23 yığması ilə yoxlama görüşündə üz-üzə gələcək.
Qeyd edək ki, "Keşlə"nin Antalya toplanışı yanvarın 12-dən 26-dək davam edəcək.
Fanat.Az