Türkiyədə təlim-məşq toplanışında olan "Sabah"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı Macarısanın "Paks" klubu ilə qarşılaşacaq. Bu barədə macarıstanlı həmkarlarımız məlumat yayıb.
Macarıstan çempionatının güclülər dəstəsində qış fasiləsinə 8ci pillədə yollanan rəqiblə oyun yanvarın 22-də baş tutacaq.
Qeyd edək ki, "Sabah" bu oyundan əvvəl - yanvarın 16-da Qazaxıstanın "Tobol”, ayın 19-da Macarıstanın "MTK Budapeşt” klubları ilə qarşılaşacaq.
Fanat.Az