"Keşlə” fiziki hazırlıq üzrə məşqçisi Aleksandar Karakliçlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, klub rəhbərliyi serbiyalı məşqçi Karakliçlə əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib və ona karyerasında uğurlar arzulayıb.
Fanat.Az