21:44 06.01.2019 1869

Təmkinlə pozulan sükut

Qış yağmurlu və yuxulu gəldi. Nə yazıq ki, qar yağmadı, şəxsi mənfəətini düşünən futbol məmurlarının vicdanını təmizləmədi...


Nisbi sakitlikdi. Səkkiz komandalı elitada ən güclünü müəyyənləşdirməyə çalışan ölkə klubları başının hayındadı. Baş məşqçilər axtarır, menecerlər arı kimi qaynaşır, rəhbərlər təsdiqləyir... Kimi sələfindənqalma "zəiflər”i göndərib yeni futbolçular axtarışı adı altında büdcədən "pul yeyir”, kimi maddi təminatı daha aşağı səviyyədə olan klublardan "oyunçu oğurlayır”, kimi də şərəfsizliyə qol qoymadan işini peşəkarcasına görməyə çalışır.


Son vaxtlar qış fasiləsinə zirvədə yollanmağa alışmış "Qarabağ”, nəhayət, təqibçidi. Reynaldonun dönüşünü Ağdam təmsilçisi üşün "tərpəniş” saymaq olarsa, "Neftçi”nin "taxtda qalmaq” hədəfi ilə çalışmaları uzlaşmır. Əlbəttə, "ağ-qaralar” son dönəmlərin ən yaxşı fürsətini yaxalayıb. Amma yazda tərəfdarların sinəsində yeni ümidlər cücərtmək üçün daha sanballı dəyişikliklər edilməsi vacibdi. "Jalgiris”dən alınan "qarabala” müdafiəçi ilə "köhlən atlar”ın qarşısını kəsmək istəyi müşkül məsələdi. Digər tərəfdən, Roberto Bordinin varlığını da əldə bayraq kimi saxlayıb, gərgin mübarizədən danışmaq olmaz. İtaliya "məşqçi sexi”nin 3-cü dərəcəli "məhsullarından” sayılan Bordin daha öncə çalışdığı Moldovada "heç-heçələr kralı” adlandırılır. Şəxsi fikrimdi, böyük zəfərlər, gözyaşardan uğurlar haqqında danışdığım italyanlıq deyil. Niyə? Darıxmayın, yazda bu haqda daha geniş təhlillər apararıq.


"Zirə”dəki "yarpaq tökümü”, "Sumqayıt” və "Keşlə”nin iddiasız canfəşanlığı da sıradan mənzərədi. Yalnız "Qəbələ”ni belə görməmişdik ki, ona da cari mövsüm adət edəcəyik. Təsəvvür edin, 10 milyona yaxın əhalisi olan Azərbaycanın yerli futbolla maraqlanan qismi Təmkindən danışır. "Qəbələ”ni premyer-liqanın debütantı "Sabah”a dəyişən Xəlilzadədən. Hə, mən də sizi düşündürən faktın təsirindəyəm: axı, bir neçə il öncə tsvetkovları, jabaları, demetradzeləri, 350 min dollar illik məvacibə "naz edən” yerli ulduzcuqları müzakirə etdiyimiz halda, bu qış təcrübəsiz, böyük uğurlara imza atmamış Təmkinlə necə kifayətlənə bilərik?


"Qarabağ”ın əsas heyətində möhkəmlənmək şansının olmadığını anlayandan sonra özünü sübut etməyə başqa məkanlar tapan və durğun bataqlığı xatırladan "yerli bazar”da yavaş-yavaş yaxşı oyunçu sayılan Xəlilzadə təmkinli addım atıb. Şübhəsiz, "Qəbələ” və "Sabah” dünəninə görə eyni sanbalda klublar deyil. Amma Elşad Əhmədovun rəhbərliyi altında top qovmaq qışın ən səs-küylü transferi üçün elə ən aydın sabahdı.


Bölgədə qalmağı əlavə problem saymasından, ev oyunlarını yaşadığı Masazır qəsəbəsində keçirən kollektivə üz tutmasından Azərbaycansayağı mərəz qoxusu gəlsə belə, yanlış işə qol qoymayıb. Uzun müddət özündən fərasətsizlərin kölgəsində qalan Əhmədov Təmkini "rəndələyə”, əsl cinah müdafiəçisinə çevirə bilər. İzlədiyi oyunlardan nəticə çıxarmağı bacaranlar müdafiəçi mövqeyində millidə də tər tökməyə imkan tapmış 1993-cü il doğumlu futbolçunun zəif tərəflərindən xəbərdardı. Müəyyən sürəti, solaxay zərbələri, asmaları üstünlüyüdüsə, müdafiə olunmaq məharəti qeyri-kafidi! Müdafiə bacarığının qeyri-kafi olduğunu söyləməyimi sərt yanaşma sayırsızsa , "orta səviyyədən aşağı” təyini ilə barışın! Daha artığını ağlınızdan keçirmədən...


Xəlilzadə təzyiq altında düzgün oynamağı öyrənəcəyi, vaxtında boş qoyduğu mövqeyə dönməyə vərdiş edəcəyi təqdirdə 25-26 yaşında hələ də tam açılmayan potensialı ilə bir pillə yüksəyə qalxacaq. Hardasa Ansi Aqolli yüksəkliyinə...


Ansinin adını təsadüfən yada salmadım. Məhz alban müdafiəçinin varlığı "Qarabağ” – Təmkin izdivacının bəhrə verməsinə əngəl olmuş, Qurban Qurbanov AZAL - "Zirə” - "Qəbələ” - "Sabah” marşrutu ilə yola çıxan gəncin önünü kəsməmişdi. Xarakter göstərsə, Əhmədovun yardımıyla karyerasının baharını yaşamaq şansı qazanacaq. Son 4 ildə 40 faiz "artıran” cinah oyunçusuna heç olmasa, daha 40 faizlik inkişaf lazımdı. Aqolliyə çatmaq, oynadığı klubdakı gənclərin burnunu mövqe uğrunda mübarizədə ova bilmək, millinin əvəzolunmazlarından biri adını qazanmaq naminə durmadan işləməlidi. Yeni çalışdırıcısı onu bu məqsədlə istəyib. Yarımmüdafiənin sağ və sol cinahlarında sınamaq, müdafiənin solunda "bişirmək”, hücumlara inamla qoşulan, asmalarla rəqibləri təngə gətirən fiqura sahib olmaq üçün.

 

Nihat Ağasoy, "Futbol+" qəzeti

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X