Qış toplanışı üçün dünən Türkiyəyə yollanan "Qarabağ" mövsümün ikinci yarısının hazırlığına start verib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Antalyada ilk məşqinə çıxıb.
Hazırlıq prosesində yerli futbolçularla yanaşı, bəzi legionerlər də iştirak ediblər.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı 3 həftəlik toplanış müddətində 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın "Paxtakor", 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq.
Fanat.Az