Syerra-Leone millisinin üzvü Con Kamara Azərbaycana transfer olunur.
Fanat.Az Qazaxıstanın sport.kz saytına istinadən xəbər verir ki, son iki mövsümü "Kaysar"da keçirən 30 yaşlı yarımmüdafiəçi "Keşlə"yə keçir. Afrikalı futbolçu artıq Bakı klubu ilə razılığa gəlib.
Qeyd edək ki, Con Kamara Qazaxıstan Premyer Liqasında 53 oyunda 1 qol vurub. 2013-cü ildən indiyə kimi Syerra-Leone millisində 11 oyuna çıxıb.
Fanat.Az