"Qəbələ” qapıçı Aqil Məmmədovla yollarını ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2017-ci ilin yayından əyalət təmsilçisinin heyətində yer alan Məmmədov 9 matçda meydana çıxıb.
Bunun ardınca "Neftçi” Aqil Məmmədovun transferini açıqlayıb. Paytaxt klubuu qolkiperlə 1,5 illik müqavilə bağlayıb. 29 yaşlı qolkiper 30 nömrəli formanı geyinəcək.
Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycanın milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanyıb.
Fanat.Az